AZ

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində Niderlanda 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran Rumıniya millisinin baş məşqçisi Eduard Yordanesku oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"İki il əvvəl Avropa çempionatının seçmə mərhələsinin oyunları ilə başlayan hekayə bu gün bitdi. Matç bizim üçün heç də yaxşı keçmədi. Məğlub olduğumuza görə üzggünük. Dünyanın hər yerindən gələn Rumıniya azarkeşlərinə təşəkkürümü bildirirəm. Rumıniya xalqı futbolçuları ilə qürur duymalıdır".

Nihat

Seçilən
102
fanat.az

1Mənbələr