AZ

ABŞ-a Bakı və İrəvan arasında təcili sülh lazımdır – Badalyan

Azərbaycan çox məntiqli siyasətlə irəliləyir. Bəs kim dedi ki, Azərbaycan hansısa tənzimləmə, iş proseduru ilə bağlı Ermənistan hakimiyyəti ilə razılaşmalıdır? Azərbaycanın bir məqsədi var - hər şeyi əldə edib heç nə verməmək və Bakı bunu həyata keçirir.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində politoloq Armen Badalyan deyib.

O iddia edib ki, Qərbə nəyin bahasına olursa olsun, sülh lazımdır:

“Nəyin bahasına olursa olsun, Ermənistan Azərbaycanla razılaşmalıdır, Rusiyaya göstərmək üçün sülh müqaviləsi imzalanmalıdır ki, Rusiyanın Ermənistanda hərbi bazası olması üçün heç bir əsas olmadığı sübut edilsin. Azərbaycan da bundan istifadə edir və yeni tələblər irəli sürür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
axar.az

2Mənbələr