Bakı, 3 iyul, AZƏRTAC
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, matç Türkiyə millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə seçməsinin qollarını 1-ci və 59-cu dəqiqələrdə Merih Dəmiral vurub.
Bununla da Türkiyə seçməsi adını 1/4 finala yazdırıb.
00:27
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasındakı oyunda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, matçın 59-cu dəqiqəsində Merih Dəmiral özünün və komandasının ikinci topuna imza atıb.
Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.
00:12
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk yarıdan sonra Türkiyə millisi 1:0 hesabı ilə qalib gəlir.
Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.
23:53
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasındakı oyunda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk yarıdan sonra Türkiyə millisi 1:0 hesabı ilə qalib gəlir.
Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.
23:14
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasındakı oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 1-ci dəqiqəsində Türkiyənin heyətində Merih Dəmiral komandasını önə keçirib.
Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.
23:01
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasında oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.