AZ

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

“Cənubi Qafqaz məsələsi Dövlət Departamenti, dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat Katibinin müavini Vedant Patel Vaşinqtonda keçiriləcək NAtO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı suala cavabında deyib.

“Cənubi Qafqazdakı məsələ ilə bağlı geniş kontekstdə onu deyə bilərəm ki, bu, bizim üçün, dövlət katibi və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritet məsələdir. Şübhəsiz ki, sammit çərçivəsində biz bu istiqamətdə işləməyə davam edəcəyik. Bu, sammit çərçivəsində xüsusi görüşlər və ya hansısa digər təmaslar şəklində ola bilər. Konkret gündəliklə bağlı hələlik danışmaq istəmirəm”,- deyə o, qeyd edib.

Məlahət Nəcəfova

Vaşinqton

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
7
ilk.az

8Mənbələr