AZ

Azərbaycan ilə Ermənistan arasında davam edən müzakirələr bizim üçün prioritetdir - Dövlət Departamenti

Bakı. Trend:

Cənubi Qafqaz məsələsi Dövlət Departamenti, dövlət katibi vədigər rəsmi şəxslər üçün prioritet məsələdir.

Trend xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentininmətbuat Katibinin müavini Vedant Patel Vaşinqtonda keçiriləcək NAtOsammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlərnazirlərinin görüşü ilə bağlı suala cavabında deyib.

“Cənubi Qafqazdakı məsələ ilə bağlı geniş kontekstdə onu deyəbilərəm ki, bu, bizim üçün, dövlət katibi və Dövlət Departamentinindigər rəsmiləri üçün prioritet məsələdir. Şübhəsiz ki, sammitçərçivəsində biz bu istiqamətdə işləməyə davam edəcəyik. Bu, sammitçərçivəsində xüsusi görüşlər və ya hansısa digər təmaslar şəklindəola bilər. Konkret gündəliklə bağlı hələlik danışmaq istəmirəm”,-deyə o, qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
az.trend.az

1Mənbələr