AZ

AXP seçkiyə 6 namizədlə qatılacaq

Azərbaycan Xalq Partiyası parlament seçkilərində iştirak edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə partiyanın sədri Pənah Hüseyn sosial şəbəkədə bildirib.

O qeyd edib ki, bu barədə qərar partiyanın İdarə Heyətinin son iclasında qəbul olunub. O həmçinin seçkilərdə partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səkahiyyətli nümayəndələrinin təyin edildiyini qeyd edib.

"48 saylı 1- ci Abşeron seçki dairəsindən Məzahir İsrayılovun, 67- ci Sabirabad Seçki Dairəsindən Qiyas Sadıqovun, 68- ci Sabirabad – Şirvan Seçki Dairəsindən Pənah Hüseynin, 70 saylı Neftçala Seçki Dairəsindən Həmzəyev Mircəlalın, 99 saylı Bərdə Seçki Dairəsindən Mübariz İsmayılovun, 119 saylı Ağdam Seçki Dairəsindən Hüseyn Behbudovun deputatlığa namizədlikləri irəli sürüldü" -deyə Pənah Hüseyn qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
5
bakupost.az

6Mənbələr