AZ

Geni dəyişdirilmiş daha bir qidaya icazə verildi

Avropa Birliyi Komissiyası geni dəyişdirilmiş iki qarğıdalı bitkisinin istehlakına icazə verildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, iki qarğıdalı növündən birinə qida olaraq, digərinə isə heyvan yemi kimi istifadəsinə icazə verilib.

Təsdiq edilmiş qarğıdalı növləri qiymətləndirmə prosedurundan keçib.

Geni dəyişdirilmiş qarğıdalıların ənənəvi sortlar qədər təhlükəsiz olduğu qənaətinə gəlinib.

Açıqlamada qeyd olunub ki, qarğıdalı sortlarına verilən icazə 10 il müddətində qüvvədə olacaq.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
5
teleqraf.com

6Mənbələr