AZ

FutbolRumıniya millisinin baş məşqçisi: 2 il əvvəl başlayan hekayə bu gün başa çatdı

2 il əvvəl Avropa çempionatının seçmə mərhələsinin oyunları ilə başlayan hekayə bu gün başa çatdı.

"Report" xəbər verir ki, bunu Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Niderlanda qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bidirib:

"Matç bizim üçün heç də yaxşı keçmədi. Məğlub olduğumuza görə üzülürük. 2 il əvvəl Avropa çempionatının seçmə mərhələsinin oyunları ilə başlayan hekayə bu gün başa çatdı. Dünyanın hər bir tərəfindən gələn Rumıniya azarkeşlərinə öz təşəkkürümü bildirirəm. Rumıniya xalqı futbolçuları ilə fəxr etməlidir".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Niderlanda 0:3 hesabı ilə məğlub olan Rumıniya turnirlə vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
far.az

2Mənbələr