AZ

Emmanuel Apeh “Sabah”a lazım olmadı

Azərbaycanı yeni mövsümdə Konfrans Liqasında təmsil edəcək “Sabah” nigeriyalı hücumçusu Emmanuel Apeh ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, nigeriyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. “Sabah” Apehə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Emmanuel Apeh “Sabah”a 2022-ci ilin iyul ayında “Tenerife”dən gəlmişdi. 27 yaşlı forvard bu komandanın heyətində meydana çıxdığı 75 oyunda 16 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Apeh daha öncə “Selta”, “Tenerife”, “Lorka” və “Alkorkon” kimi klubların da formasını geyinib.

“Sabah” Apehdən öncə Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva və Maruan Hadudi ilə də yollarını ayırmışdı. Rauf Rüstəmli isə “Şamaxı”ya icarəyə verilib. Əvəzində Kahim Parrisin “Dinamo”dan (Kiyev, Ukrayna) transfer hüquqlarını alan “Sabah”, Coy-Lens Mikelsi (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı) geri qaytarıb. Paytaxt klubu İvan Lepinitsanı (“Slaven Belupo”, Xorvatiya) da heyətinə qatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
arena.az

1Mənbələr