AZ

Qladiator 2 filmindən ilk kadrlar yayımlandı

Usta rejissor Ridley Scott beş Oskar qazanan və baş rol ifaçısı Russell Crowe-yə Ən Yaxşı Aktyor Oskarını qazandıran məşhur "Qladiator" filmini 24 ildən sonra yenidən böyük ekranlara gətirir.

News24.az xəbər verir ki, ilk filmdə Maksimus obrazını canlandıran avstraliyalı aktyor Rassel Krou yeni “Qladiator” filmində görünməyəcək.

Vanity Fair jurnalı maraqla gözlənilən Gladiator 2 filmindən ilk rəsmi fotoları dərc edib.

Qeyd edə ki. "Qladiator 2" filminin heyətində Pol Meskal, Denzel Vaşinqton, Barri Keoqan və Cozef Quinn kimi adlar var. Filmin baş rol ifaçısı Pol Meskal ilk “Qladiator” filmində Lucillanın oğlu Luciusun böyüklər versiyasını canlandırır. İmperator Getanı “Qərib şeylər” serialı ilə adından söz etdirən Cozef Quinn canlandıracaq. Pedro Paskal Marcus Acacius adlı generalı canlandırır. Vaşinqton Makrinus rolunu oynayır.

Devid Skarpanın yazdığı filmin büdcəsinin təxminən 300 milyon dollar olduğu məlumdur.

Bildirək ki, filmin 22 noyabr 2024-cü il tarixində nümayişi planlaşdırılır. Film general Maximusun ölümündən 30 il sonra hekayəni izah edəcək.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
news24.az

1Mənbələr