AZ

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan polisinin yaranmasının 106 illiyi və 2 İyul -Azərbaycan Polisi Günü münasibətilə Göyçay Rayon Polis Şöbəsindətədbir keçirilib.

Bu barədə Trend-ə Göyçay Rayon İcra Hakimiyyətindən məlumatverilib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları əvvəlcə Ümummilli LiderHeydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünəgül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Rayon polis şöbəsinin inzibati binasında davam edən tədbirAzərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, UluÖndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevçıxış edərək Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzərsalıb, sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşımübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasındaAzərbaycan polisinin müstəsna rolu olduğunu vurğulayaraq, onlaraçətin və şərəfli işlərində uğurlar arzulayıb.

Sonra çıxış edən Milli Məclisin deputatları Sabir Hacıyev,Məzahir Əfəndiyev və rayon prokuroru Ramin Hüseynov Daxili İşlərNazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsnaxidmətlərindən danışaraq polis əməkdaşlarına gələcəkfəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən Göyçay Rayon Polis Şöbəsinin rəisipolis-polkovniki Müqalib Abdıyev rayonda polisin fəaliyyətindən vəgördüyü işlərdən söz açıb.

Daha sonra rayonda ictimai asayişin qorunub saxlanılmasında vəkeçirilən tədbirlərin təhlükəsizliyinin təmin olunmasında fəaliştirak etdiklərinə görə bir qrup polis əməkdaşı Göyçay Rayon İcraHakimiyyətinin fəxri fərmani ilə təltif olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
34
2
az.trend.az

3Mənbələr