Kristiano Ronaldo dünən Sloveniyaya qarşı AÇ-2024, 1/8 final oyunundan sonra jurnalistlərə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz bu turnirin onun üçün son Avropa çempionatı olduğunu təsdiqləyib:

"Əlbəttə ki, bu, mənim sonuncu Avropa çempionatımdır. Lakin buna görə yox, entuziazma görə hərəkət edirəm. Azarkeşlərdən üzr istəyirəm. Həmişə forma üçün əlimdən gələni etməyə çalışıram, qol vura bilsəm də, bilməsəm də. Bütün həyatım boyunca bunu edəcəm. Məsuliyyəti götürmək lazımdır".