AZ

Salyanda traktorla minik avtomobili toqquşub, yaralılar var

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili və traktorun toqquşması nəticəsində xəsarət alanlar olub. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası Ələt-Astara avtomobil yolunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində xəsarət alanlar - Novruz Həsənov və Elgün Həsənov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Seçilən
55
6
yeniazerbaycan.com

6Mənbələr