AZ

Avropa birinciliyində 4 medal qazanan boksçularımız Vətənə qayıdıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyində uğur qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Millimizin heyətində Nihat Qasımovla (48 kq) Səftər Məmmədzadə (+80 kq) gümüş, Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) bürünc medal qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
idman.biz

1Mənbələr