AZ

AVRO-2024: Niderland millisi ¼ finala vəsiqə qazandı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.

 

Senzor.az bildirir ki, Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Görüşdə hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen isə matçın son nəticəsini təyin edib.

 

1/4 finala yüksələn Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq. Portuqaliyalı FİFA referisi Artur Diaşın idarə edəcəyi həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə, İspaniya, Fransa və Portuqaliya kollektivləri 1/4 finala adlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
11
senzor.az

10Mənbələr