Almaniyada keçirilən Avropa çempionatında 1/8 final mərhələsinin oyunları keçirilir.
İqtisadiyyat.az xəbər verir ki, günün ilk qarşılaşmasında Rumıniya yığması Niderlandla üz-üzə gəlib. Matç "narıncılar"ın 0-3 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmada isə Türkiyə millisinin rəqibi Avstriya olacaq.
AÇ-2024
1/8 final mərhələsi
20:00 Rumıniya – Niderland 0:3
Qollar: K.Qakpo, 20, D.Malen, 83, 90+3