AZ

Ərdoğan: Suriya ilə normallaşma üçün dialoqa hazırıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin normallaşdırılması üçün Suriya ilə dialoqa hazır olduğunu bildirib. 

"Operativ Media" xəbər verir ki, Ərdoğan bu barədə Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa videomüraciətində bildirib. 

Qonşu Suriya ilə 2012-ci ildə kəsilmiş diplomatik münasibətlərin bərpası imkanlarından danışan Ərdoğan deyib: "Hesab edirik ki, xarici siyasət sağlam düşüncəni rəhbər tutmalıdır. Lazım olanlarla görüşməkdən imtina etməyəcəyik".

Ərdoğanın sözlərinə görə, Türkiyənin xarici ərazilərə iddiası yoxdur, onun prioriteti Suriyanın ərazi bütövlüyü və milli birliyini qorumaqdır. Eyni zamanda o, Ankaranın ona sərhəd ərazidə terror dövlətinin yaradılmasına imkan verməyəcəyini və yaranan terror təhlükəsi tamamilə aradan qaldırılana qədər tədbirlər görəcəyini vurğulayıb. 

Xatırladaq ki, Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar PKK-nı və onun Suriya qanadı Milli Özünümüdafiə Qüvvələrini milli təhlükəsizliyinə təhdid hesab edir.

"Terror təhlükəsi qaldığı müddətcə ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etməyə davam edəcəyik", - deyə Ərdoğan bildirib.

O həmçinin qeyd edib ki, 2011-ci ildən Suriyanı tərk edən 670 minə yaxın vətəndaş Türkiyədən qayıdıb və onlar üçün təhlükəsiz ərazilərdə mənzil tikintisi layihələrinin həyata keçirilməsi ilə onların sayı daha 1 milyon artacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
8
operativmedia.az

10Mənbələr