AZ

Konqresmen Baydeni seçki yarışından çıxmağa çağırıb

Demokrat konqresmen, ABŞ-ın Ostindən (Texas) nümayəndəsi Lloyd Doggett prezident Co Baydeni seçki yarışını tərk etməyə və bir daha prezidentliyə namizəd olmamağa çağırıb.

32gun.az bildirir ki, bu barədə RİA Novosti konqresmenin bəyanatına istinadən xəbər verib. 

“Prezident Bayden demokratiyamızı 2020-ci ildə Trampdan xilas etdi , onun 2024-cü ildə qalib gəlməsinin qarşısını almalıdır. Lyndon Johnson fərqli şəraitdə yarışdan çıxmaq üçün ağrılı qərar verdi, Bayden də eyni şeyi etməlidir Mən geri çəkilmək üçün çətin və ağrılı qərarı verəcəyinə ümid edirəm. Mən ondan bunu etməsini hörmətlə xahiş edirəm”, - Doggett bildirib.

Konqresmen Baydenin ABŞ üçün çox şey etdiyini, lakin indi onun rəqibi, keçmiş prezident Donald Trampdan geri qaldığını və son debatların vəziyyəti yaxşılaşdırmadığını vurğulayıb.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
32gun.az

1Mənbələr