AZ

HANSISA NAZİRƏ BİR ÇANTA PUL APARACAĞINI DEYƏN FIRILDAQÇI

 ”OVCO GROUP” MMC adlı qondarma şirkətin rəhbəri Orxan Səlimzadə yalanlarını həyata keçirib gənc oğlan və qızlardan pul qopartmaq məqsədi ilə, özünü gah bir nazirin dostu,

gah ölkədə çox nüfuzlu bir xanımın qızı ilə nişanlanıb qohum olacağı, gah Gürcüstandakı Azərbaycan səfirliyinin əməkdaşı, gah da DTX-nın əməkdaşı kimi təqdim edib və...

 XXX 

 Tezadlar.az saytının 27 iyun 2024-il tarixli buraxılışında özünü şirkət rəhbəri kimi təqdim edərək, gənc oğlanları, xüsusuilə də gənc qızları iş və yüksək əmək haqqı verəcəyi yalanı ilə  aldadaraq onlayn işlədən, lakin maaş verməyən, hələ üstəlik onlardan müxtəlif məbləğlərdə  borc pullar alıb qaytarmayan Səlimzadə Orxan Valeh oğlunun qanunsuz əməllərindən bəhs edən “”OVCO GROUP”un ovçuluğu polisdə araşdırılır” başlıqlı yazı verilmişdir. Yazıda o da qeyd olunmuşdur ki, toruna salıb 7000 min manat pullarını mənimsədiyi Emin Məhərrəmov və dostları O.Səlimzadə haqqında polisə rəsmi şikayətlə müraciət ediblər. Hazırda bu şikayətlər əsasında Səbail Rayon Polis İdarəsində cinayət işi açılıb və araşdırma gedir.

 Yazının dərcindən sonra redaksiyamıza aldadılan oğlan və qızların çoxsaylı müraciətləri gəlməyə başlayıb. İlahi, bu insan az qala 100-ə qədər gəncləri necə aldada bilib? O.Səlimzadə haqqında çox kəskin ittihamlarla dolu bu müraciətlər “Təzadlar”ın Araşdırma Qrupu tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi sorğu verilməklə araşdırılır.

 Bizə müraciət edən gənclərdən biri də yazımızda adı çəkilən və O.Səlimzadə tərəfindən borc pul adı ilə 300 manatı alınıb mənimsənilən tələbə Emin Quliyevdir. E.Quliyev Orxan Səlimzadənin hələ bizə məlum olmayan elə əməllərini çatdırdı ki, təəssüfləndik. Adam dəhşətə gəlir və təəccüb edirsən ki, belə tanınmış insanların, həmçinin dövlət qurumlarının  adından istifadə edərək, külli miqadarda pulları necə mənimsəyə bilir? Eyni zamanda o da maraqlıdır ki, nəinki  hələ də cəzasız qalıb, hətta bu fırıldaqlarını bu gün də rahatca davam etdirir. Hüquq-Mühafizə orqanlarından bunun bir qorxusu-hürküsü yoxdurmu? Bu adam kimə arxayındır ki, qanun keşikçilərinin gözü qarşısında çoxsaylı qanun pozuntularına yol verir, insanlara çoxlu sayda maddi ziyan vurur və hələ də veməkdə davam edir, amma ona “gözün üstə qaşın var”- deyən yoxdur. Hətta yuxarıda qeyd etdiyim kimi, Səbail Rayon Polis İdarəsində haqqında cinayət işi açılıb, amma heç şağrılıb bir dəfə də olsun dindirilməyib. Ona görə də açdığı “BE STORE” onlayn satış mağazası vasitəsi ilə gəncləri toruna salmaqda bu gün də  davam edir.

 XXX

Son ümid yeri kimi, redaksiyamıza müraciət edən oğlan və qızların haqq səslərini aidiyyəti ünvanlara çatdırmağı özümüzə borc bildik. Bu gənclərin ah-nalə dolu müraciətlərinə biganə qalmaq olmur. Bu səbəbdən də tələbə Asim Quliyevin Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və surəti “Təzadlar” qəzetinə ünvanlanmış müraciətini olduğu kimi təqdim edrik: 

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

 Surəti:    “Təzadlar” qəzeti redaksiyasına

Bakı şəhəri Xətai rayonu Ayaz İsmayılov keçəsi 35 c, mənzil 6-da yaşayan

Quliyev Asim Çingiz oğlu tərəfindən

 Müraciət

 Hörmətli cənablar!

Mən Bakı Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Quliyev Asim Çingiz oğlu, "OVCO Group MMC" –nin rəhbəri Səlimzadə Orxan Valeh oğlundan şikayətçiyəm. Adını çəkdiyim şəxs vaxtilə mənim iş yerimə (Sahil Hostel&Hotel) 25 mart 2024-cü il tarixində gələrək, orda qalmağa başlayıbdır. Özünü Gürcüstan səfirliyinin psixoloji danışmanı kimi təqdim etmişdir. Həmin şəxs etibarımdan sui-istifadə edərək, məni "Yeni hostellər açacam və səni ora menecer təyin edib, ayda 1500 manat maaş verəcəm" sözləri ilə aldatmışdır. Mənə internetdə icarə saytlarında obyekt axtarmağı tapşırmışdı, amma özü bir obyekt, villa taparaq mənimlə o obyektin nəzdində olan ofisə getmiş və müqavilələri mzalamışdır. Bu zaman özünün uydurduğu "OVCO Group MMC" -nin saxta möhüründən istifadə etmişdir. Dediyinə görə, həmin şirkət Gürcüstanda fəaliyyət göstərir və Azərbaycandaki direktoru özüdür. Onu da bildirmişdir ki, guya məni Gürcüstandakı şirkətə müavin təyin etdirəcək və  3800 manat maaş verdirəcək.

 Ofisdə sənədləri imzaladıqdan sonra, icarə verən müdirə obyektin ödənişini “köçürmə yolu ilə 3-5 gün ərzində Gürcüstandan göndəriləcək” demişdir. Ofis Orxanla razılaşır və imzalanmış müqavilələri Orxana təqdim edir. Orxan həmin müddət ərzində, mən də daxil olmaqla, ətrafına aldatdığı şəxsləri yığaraq, obyektlərə gedib və planlarını danışıb bizi aldadıb. Köçürmə olmayandan sonra isə, ofis sahibi Orxanla müqaviləni ləğv edir(Orxanı güc-bəla ilə tapdıqdan sonra). Bu obyekt əldən çıxdıqdan sonra Orxandan “obyektə nə oldu”- deyə soruşduqda "Ofis sahibi ilə razılaşmadıq" deyirdi. Sonra Orxan keçirdi digər obyektlərin "canına".  Bu müddət ərzində Orxan İçərişəhərdə, Macarıstan səfirliyi ilə üzbəüz 3 mərtəbəli villa, Park Azure-dan 1600m2-dən çox ofislər, “Port Baku”dan mənzil götürmüşdür, ödəniş olunmadıqdan sonra zorla müqavilə ləğv edilmişdir. Hələ bəzi obyektlər var idi ki, şans əsəri müqaviləsi alınmamışdır. Bu yolla Orxan məni, əmlak sahiblərini və tanıdığım bir neçə şəxsi aldatmışdır. Dediyinə görə, “OVCO GROUP” işçisinin qayğısına qalırmış və mənim maddi cəhətdən sıxıntıda olduğumu nəzərə alaraq, guya mənim təhsil haqqımı ödəyəcəkmiş. Halbuki universitetdə imtahanlarım İyun ayının 5-dən başlamışdır və ödənişi 3 gün öncə qohumumdan borc alaraq güclə ödədim. O şəxsə görə 5 fəndən kəsirim oldu. Yəni, Orxan bu yalanları ilə bizi aldatdı və aldatdığı şəxslərin müxtəlif zərərlərə düşməsinə səbəb oldu.

 Orxan hər dəfə anasının xəstə oldugunu qeyd edərək, bizdən müxtəlif məbləğdə borc adı ilə pullar almışdır və bu günə qədər qaytarmamışdır. Məndən də 300 manat borc adı ilə aldığı pulu müxtəlif bəhanələrlə qaytarmaq istəmir. Hər dəfə pulu istəyəndə, ya axşam saat 5-də, ya da səhəri gün ödəyəcəyini bildirir. Amma aylar keçir, heç bir ödəmə olmur. Bu üsulla onlarla qızdan aldığı borc pulları ödəmir... Mən başa düşə bilmirəm, şirkət rəhbəri necə öz işcisindən 15-20 manatdan tutmuş, iri məbləğdə pullara qədər borc ala bilər?  

Hörmətli cənablar!

Mən sizə Orxan Səlimzadənin yaratdığı və müştəriləri necə aldadıb pullarını mənimsədiyi online mağazasından danışmaq istəyirəm. Deməli, internetdə açdığı və BESTORE adlanan onlayn mağazası vasitəsiylə Orxan müştəridən ilkin ödəniş alaraq, Çindən müxtəlf məhsullar (Telefon, Geyim və s.) gətirəcəyini vəd edir. Amma o məhsullar ya saxta olur, ya zədələnmiş gəlir, ya da heç gəlmir. Bu yolla Orxan hal-hazırda da insanları aldatmaqda davam edir. Onun hələ də mənim vaxtilə işlədiyim hostelə (işdən çıxmağıma səbəb də Orxan olmuşdur) 400-500 manat arası borcu var və o hosteldə qalmır. Yəni bu “şəxs” ziyankardır və hələ də ziyan verməkdə davam edir. Onun mənə hələ də 300 manat borcu var. Hər dəfə pulu istəmək üçün zəng edəndə və ya mesaj yazanda, şablon ifadə ilə cavab verir  (“ Filan saata qədər ödəniləcək”). 

 İnternetdə ara-sıra gördüyüm postda Emin Məhərrəmov adlı gəncə, həmçinin onun dostlarına 7000 manat zərər verdiyi və bu məbləğin yarısı dəyərində olan noutbukunun əlindən aldığını öyrəndim. Yəni “oğru elə bağırdı, doğru bucağa qısıldı” məsəlində olduğu kimi. Orxan polisə müraciət edib ki, Emin onun pullarını mənimsəyib. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində heç bir araşdırma aparmadan, Eminin iş yerinə gəlib 2500 manatlıq komputer və diğər avadanlıqları müsadirə edib, Orxana veriblər. Eminin 9-cu Polis bölməsi barədə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etməsindən sonra, işi 9-cu bölmədən alıb Səbail Rayon Polis İdarəsinə veriblər və burada haqlı olaraq Orxan Səlimzadəni özü haqqında müvafiq maddə ilə cinayət işi açıblar. Hazırda araşdırma gedir. Siz bu barədə Emin Məhərrəmovun özünü və Orxanın digər aldatdığı  oğlanları, qızları dəvət edin, onda görün necə dəhşətli faktlar üzə çıxacaq (Bu istiqamətdə araşdırmalarımız gedir, çoxsaylı oğlan və qızların Orxanın toruna necə düşdükləri barədə şikayətlərini dinləyirik-Red.).

 Həmçinin Orxan Səlimov mənimlə hostel biznesi və obyekt icarəyə götürmə məsələlərini müzakirə edərkən, Ağ şəhərdə Business Center açacağını və bunun üçün bir tanınmış nazirə əlində dolu bir çanta pul ilə yaxınlaşacağı barədə məlumat da vermişdi. Baxın, bu fırıldaqçı adını çəkə bilmədiyim hörmətli nazirin adını necə ləkələyir? Hələ bu harasıdır? Adını dilimə gətirməyə cəsarət etmədiyim, respublikada elə tanınmış, nüfuzlu bir xanımın  adını çəkir və onun qızı ilə  iyun ayında nişanlanacağını bildirir ki, adam dəhşətə gəlir. Nişan mərasiminin də guya  “Business” də olacağını bizə demişdir. Bunu təkcə mənə yox, başqalarına da söyləmişdir. Bununla da özünü ailəyə yaxın adam kimi göstərərək, gənc oğlan və qızlarda etibar qazanır və sonra da bu etibardan sui-itifadə edərək, onlardan müxtəlif məbləğdə pulları borc adı ilə alaraq, mənimsəyir.

 Beləliklə Orxan bu yalanlarla etibarımızdan sui-istifadə edib, “iş”ə götürdüyü şəxslərə həm maddi, həm də mənəvi zərər vermişdir. İndiki günlərdə də aldığı pulları və əmək haqqını istəyəndə “ödənişini edəcəyəm” adıyla yalanlar uydurur. Aldığı pulları qaytaracağı adı ilə hamını günün müxtəlif saatlarında müəyyən aralıqda görüşə çağırır, amma həmin görüşlərin birinə də getmir. Qızlar var ki, verdikləri pulu geri almaq üçün Orxanın təyin etdiyi görüş yerinə gəlir, lakin 15-dəqiqəyə gəlirəm, 5 dəqiqəyə gəlirəm deyə-deyə yazıq qızları gecə saat 24:00-a, bəzən də lap gecəyə qədər gözlətdirir. Amma görüş yerinə gəlmir. 

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, mənim bu müraciətimi saytınızda və ya qəzetinizdə dərc edib, adlarını göstərdiyim ünvanlara çatdırasınız. Məqsədim budur ki, Orxan həm 100-ə yaxın gənc oğlan və qıza söz verdiyi aylıq  750 manat əmək  haqqını və borc adı ilə aldığı pulları qaytarsın, həm də digər gənc  oğlan və qızlar Orxan Səlimzədənin tələsinə düşməsinlər. İnanıram ki, O.Səlimzadə nəhayət, öz cəzasını alacaq və onu himayə edən kimdirsə (əgər belə bir adam varsa), layiqincə cəzalanacaqdır.

 Hörmətlə:                  A.Ç.Quliyev".

Müraciəti çapa hazırladı:  Elçin MƏMMƏDLİ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
tezadlar.az

3Mənbələr