AZ

“BakıKart” adından dələduzluq edilir!

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir.

 

Senzor.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

 

Qeyd olunur ki, kiberdələduzlar sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşaraq, vətəndaşları ictimai nəqliyyatdan pulsuz istifadə etmək vədi ilə saxta keçidlərə yönləndirirlər. Həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatları dəqiqləşdirməyi tövsiyə edir.

Seçilən
32
49
senzor.az

10Mənbələr