AZ

Meksikada narkotik qrupları arasında baş verən qarşıdurmada 19 nəfər ölüb

Meksikanın cənubunda narkotik qrupları arasında baş verən qarşıdurmada 19 nəfər ölüb.

BiG.AZ xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Qvatemala ilə sərhəddə yerləşən Çiapas əyalətinin La Konkordiya qəsəbəsində ağır silahları olan iki dəstə arasında qarşıdurma baş verib.

Dövlət Katibliyindən verilən açıqlamaya görə, münaqişənin Sinaloa karteli ilə Chiapas karteli arasında baş verdiyi və mübahisənin sərhəd bölgələrindəki narkotik marşrutundan qaynaqlandığı təxmin edilir.

Hadisə yerinə çox sayda polis qrupu sövq edildi.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
big.az

1Mənbələr