AZ

İranda qum fırtınası nəticəsində 620 nəfər xəstəxanaya yerləşdirilib

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanaya yerləşdirildiyi bildirilib.

BiG.AZ xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Zabul Sağlamlıq Elmləri Universitetinin xəstəxanadan əvvəl təcili yardım və hadisələrin idarə edilməsi şöbəsinin müdiri Məhəmməd Xəlili mövzu ilə bağlı məlumat verib.

"Sistan bölgəsində şiddətli fırtına və tozdan zərər çəkən və yaralanan 620 nəfər müxtəlif xəstəxanalara müraciət edib. Onlardan 25-i stasionar müalicə alıb" ,- deyə o bildirib.

İran rəsmisi qeyd edib ki, qum fırtınası səbəbindən görmə qabiliyyətinin azalması səbəbindən baş verən yol qəzalarında 16 nəfər xəsarət alıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
big.az

1Mənbələr