AZ

Nazik və yüngül LG Gram SuperSlim 2024 noutbuku təqdim edilib - QİYMƏTİ

     LG şirkəti özünün Gram adlı nazik və yüngül noutbuklar seriyasını yeni model ilə genişləndirib. Şirkətin bu seriyaya daxil olan yeni noutbuku LG Gram SuperSlim 2024 adlanır. Beləliklə sözügedən yeni noutbuk Full HD keyfiyyətli 15.6 düym ölçülü OLED ekranla təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbukun çəkisi cəmi 990 qramm təşkil edir. LG Gram SuperSlim 2024 Intel Core Ultra 5 125H prosessoru vasitəsilə çalışır və özündə LPDDR5X standartlı 16 GB RAM ilə 512 GB-lıq SSD-ni birləşdirir. Noutbukun batareya həcmi 60 vatt-saat təşkil edir. Məlumata əsasən bunun sayəsində noutbuk 20.5 saat ərzində video izləmə rejimində çalışa bilir. Noutbukda olan 3 ədəd USB Type-C girişindən 2-si Thunderbolt 4 dəstəklidir. LG Gram SuperSlim 2024 artıq 1400$ qiymətində satışa çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
technote.az

1Mənbələr