AZ

İsrailin Livana hücumu nəticəsində bir mülki şəxs həlak olub

İsrailin Livana hücumu nəticəsində bir mülki şəxs həlak olub

BiG.AZ Livanın rəsmi agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrail ordusunun Livanın cənubundakı Əl-Bustan qəsəbəsində həyata keçirdiyi hücumda bir mülki vətəndaş həyatını itirib.
Bildirilib k, İsrail ordusunun Ət-Tayyibe qəsəbəsində elektrik paylayıcı panelə zərbə endirməsi nəticəsində bölgədə yanğın başlayıb və elektrik enerjisində fasilə yaranıb. Əraziyə mülki müdafiə qrupları gələrək yanğını söndürmək üçün iş aparıb.

İsrail döyüş təyyarələrinin Nəbatiyyə və Tuffah bölgələrində alçaqdan uçaraq böyük səs-küyə səbəb olduğu da qeyd edilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
33
big.az

10Mənbələr