AZ

Lukaşenko: Rəqiblər Belarusu hərbi əməliyyatlara sürükləyə bilməyəcək

Belarus heç bir hərbi əməliyyatda iştirak etməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk Respublika sarayında iyulun 3-də qeyd olunan Belarusun Müstəqillik Gününə həsr olunmuş təntənəli yığıncaqda deyib.

"Biz heç bir hərbi əməliyyata qarışmayacağıq", - Lukaşenko bildirib.

O izah edib ki, NATO Ukraynadakı müharibəni dayandırmaq istəmir, lakin belarusları hərbi əməliyyatlara sürükləmək niyyətindədir.

"Mən sizə zəmanət verirəm ki, biz Ukrayna ilə sərhəddə heç bir toqquşmaya imkan verməyəcəyik", - Lukaşenko deyib. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
iqtisadiyyat.az

1Mənbələr