AZ

NATO Ukraynaya yeni raket sistemləri verməyə hazırlaşır

NATO-nun iyulda keçiriləcək sammitində Ukrayna hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı qərar veriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adı gizlin saxlanılan rəsmisi “Reuters”ə bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, NATO ölkələri hava hücumundan müdafiə vasitələri ilə bağlı Ukrayna üçün “bir neçə əlavə xoş xəbər” hazırlayır. Lakin mənbə heç bir əlavə təfərrüat verməyib.

“Sammitdən sonra, Ukraynaya veriləcək hava hücumundan müdafiə sistemlərilə bağlı yeni açıqlamalar verəcəyik”, - deyə rəsmi şəxs bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
baku.ws

2Mənbələr