AZ

Lukaşenko: Minsk Aİ-ni miqrant axınından qorumayacaq

"Mən ölkənin təhlükəsizlik qüvvələrinə Avropa İttifaqını miqrant axınından qorumaq üçün göstəriş verməyəcəm". 

"Operativ Media" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. 

"Belarus və Polşa sərhədində sərhədçilərə və digər mülki şəxslərə Avropa İttifaqını müdafiə etmək əmri vermək niyyətində deyiləm, siz bizim boynumuza ilgək keçirib, bizi boğursunuz və bizdən sizi bunlardan qorumağımızı xahiş edirsiniz. Yazıqlar!" - o, iyulun 3-də qeyd olunan Belarusun Müstəqillik Gününə həsr olunmuş Minsk Respublika Sarayında keçirilən təntənəli yığıncaqda deyib.

Lukaşenko qeyd edib ki, miqrantlar Polşaya qaçmırlar: "Onlar Almaniyaya qaçırlar, çünki bir vaxtlar oraya dəvət olunublar". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
operativmedia.az

1Mənbələr