AZ

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

Neftçala, 2 iyul, Aydın Yavərzadə AZƏRTAC

Neftçala rayonunda 2 iyul- Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının rəhbərliyi, polis şöbəsinin kollektivi və veteran polis işçiləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Ulu Öndər Heydər Əliyevin, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib. Azərbaycan polisinin keçdiyi 106 illik şərəfli xidmət yolundan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının əvəzsiz rolundan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışılıb. Daxili işlər orqanlarının cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizəsindən, ictimai təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilən ərazilərdə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirmələrindən söhbət açılıb.

Daxili İşlər Nazirliyi əməkdaşlarının Vətən Müharibəsi və lokal antiterror tədbirləri zamanı öz şücaətlərini bir daha nümayiş etdirdiyi, 44 günlük Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşının, lokal antiterror əməliyyatları zamanı isə 13 əməkdaşının şəhid olduğu, 346 hərbi qulluqçunun yaralandığı diqqətə çatdırılıb. Bildirilib ki, Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.

Tədbirdə “Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü” münasibətilə bir qrup polis əməkdaşı fəxri fərmanlarla təltif olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
3
azertag.az

4Mənbələr