AZ

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

"Qalatasaray"ın və Türkiyə millisinin yarımmüdafiəçisi Barış Yılmaz Sankt-Peterburq "Zenit"inin təklifindən imtina edib.

Fanat.Az xəbər verir ki, məlumatı "A Spor" yayıb.

Xəbərə görə, Rusiya çempionunun baş məşqçisi Sergey Semak komandada əcnəbi oyunçu transferi üçün qalan bir boş yerə məhz Barışın alınmasını istəsə də, rəhbərlik onun istəyini reallaşdıra bilməyib. Futbolçu və ailəsi Rusiyaya köçməkdə maraqlı olmayıb. 

Qeyd edək ki, 24 yaşlı cinah oyunçusu 2021-ci ildən "Qalatasaray"ın formasını geyinir. O, bu mövsüm İstanbul nəhənginin heyətində bütün turnirlərdə 55 oyuna çıxıb və bu görüşlərdə 7 qol vurub, 12 məhsuldar ötürmə edib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
fanat.az

1Mənbələr