AZ

Orta büdcəli OPPO A3 smartfonu təqdim edilib - QİYMƏTİ

     OPPO şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A3-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. OPPO A3 smartfonu bu ilin aprel ayında təqdim edilmiş OPPO A3 Pro-nun sadələşdirilmiş versiyasıdır. Beləliklə OPPO A3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü yastı AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Üstəlik o, Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.     Onun gövdəsi isə IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. OPPO A3 Snapdragon 695 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. OPPO A3 5 iyul tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Smartfonun Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.- 8 GB RAM + 256 GB yaddaş - 219$- 12 GB RAM + 256 GB yaddaş - 249$- 12 GB RAM + 512 GB yaddaş - 289$. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
technote.az

2Mənbələr