AZ

iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları Samsung-un yeni nəsil OLED ekranını əldə edəcəklər

     Samsung təkcə smartfonların deyil həmçinin yüksək keyfiyyətli OLED ekranların hazırlanması ilə də məşğul olur. Ortaya çıxmış yeni məlumata əsasən Samsung yaxın zamanda öz yeni nəsil OLED ekranlarını fərdi smartfonlarında istifadə etməyəcək. Bunun yerinə o öz yeni nəsil OLED ekranlarını Google Pixel 9 və iPhone 16 Pro smartfonlarında istifadə üçün təqdim edəcək. Söhbət, M14 OLED adlı ekranlardan gedir. Gözləntilərə əsasən M14 OLED adlı yeni nəsil ekranlar hal-hazırda aktual olan OLED ekranları həm parlaqlıq həm də çalışma ömrü üzrə geridə qoyacaqlar.     Bu yeni nəsil ekranlar ilk növbədə Google Pixel 9 smartfon seriyasında istifadə edilməlidir. Qeyd etmək lazımdır ki, Google Pixel 9 smartfon seriyası 13 avqust tarixində təqdim olunacaq. Məlumatda qeyd edilib ki, Apple şirkəti M14 OLED ekranları yalnız iPhone 16 Pro və iPhone 16 Pro Max modellərində istifadə edəcək. Adi iPhone 16 və iPhone 16 Plus modelləri isə hal-hazırda aktual olan M12 OLED ekranları əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Samsung Galaxy S24 Ultra-da M13 OLED ekrandan istifadə edildiyini nəzərə alsaq, güman etmək olar ki, gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 Ultra smartfonu M14 OLED ekranı əldə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
technote.az

1Mənbələr