AZ

Vivo X200 smartfonlarının ekranları barəsində məlumatlar verilib

     Vivo şirkəti bir neçə aydan sonra vivo X200 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya vivo X200 və vivo X200 Pro smartfonları daxil olmalıdırlar. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfonlar barəsində bəzi məlumatları təqdim edib. Onun təqdim etmiş olduğu məlumatlar bu smartfonların ekranlarını əhatə edirlər. Beləliklə insayderin sözlərinə əsasən adi vivo X200 modeli 1.5K keyfiyyətli 6.4-6.5 düym ölçülü yastı ekranla təchiz olunacaq.       Daha öncə məlumat ortaya çıxmışdı ki, vivo X200 kompakt ölçülü smartfon olacaq. İnsayderin təqdim etmiş olduğu məlumat isə həmin məlumat sızıntısını təsdiqləyir. Vivo X200 Pro-ya gəldikdə isə insayder bildirib ki, o, 1.5K keyfiyyətli 6.7 düym ölçülü ekranı əldə edəcək. Bununla belə vivo X200 Pro modelinin ekranının kənar hissələri əyilmiş dizaynda hazırlanacaq. Qeyd etmək lazımdır ki, hər iki smartfonun MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bu smartfonlar böyük ehtimal ilə ya oktyabr ayının sonunda ya da noyabr ayının əvvəlində təqdim olunacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
technote.az

1Mənbələr