AZ

Zəngilanda məktəb direktoru vəzifəsindən azad edilib

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub.

"Report"un məlumatına görə, o, səhhətində yaranan problemlə əlaqədar öz ərizəsi əsasında ixtisası üzrə müəllim kimi saxlanılmaqla tutduğu vəzifədən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən faktı təsdiqləyiblər.

Bildirilib ki, direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Sahilə Aslanlı həvalə olunub.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
44
big.az

10Mənbələr