AZ

Serbiyada ilk medal

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatında ilk medalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimizdən ikisi bürünc qazanmaq şansı əldə edib. Məhəmməd Şükürzadə (63 kq) 3-cü yer uğrunda görüşdə serbiyalı Dejan Berkaça qalib gəlib.

55 kq çəki dərəcəsində mübarizə aparan Rahim Həsənov isə medal qazana bilməyib. O, türkiyəli Servan Çinara uduzub.

Qeyd edək ki, sabah bir güləşçimiz finalda, biri isə bürünc uğrunda yarışacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
idman.biz

1Mənbələr