AZ

Litva Rusiyaya nota verdi

Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hadisə iyunun 30-da Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarənin Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olması və təxminən bir dəqiqə orada qalması zamanı baş verib", - deyə XİN-in bəyanatında bildirilib.

Litva tərəfi belə hadisələrə aydınlıq gətirilməsini və təkrarlanmamasını tələb edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
19
milli.az

10Mənbələr