AZ

Ukrayna Macarıstanın atəşkəs təklifini RƏDD ETDİ

Ukrayna tərəfi Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya ilə müharibədə atəşkəslə bağlı təklifini rədd edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident ofisinin sədr müavini İqor Jovkva Ukraynanın “YouTube” platformasında yayımlanan telemarafondakı çıxışı zamanı məlumat verib.

“Baş nazir Orban öz fikrini söyləyib. Bu, hadisələrin mümkün inkişafına dair mövqe bildirən ilk ölkə deyil. Prezident Zelenski həmsöhbətini dinləyib və mövqeyini ifadə edib. Ukraynanın mövqeyi kifayət qədər dəqiq, aydın və bəllidir”, - deyə sədr müavini qeyd edib.

Bizim.Media

Seçilən
13
24
bizim.media

10Mənbələr