AZ

Tokayev və Cinpin Astanada görüşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Çin Xalq Respublikasının sədri Si Cinpin Astanada şam yeməyində görüş keçiriblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

"Astanada Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ilə ölkəmizdə dövlət səfərində olan Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında şam yeməyi formatında dostluq görüşü olub", - məlumatda deyilir. 

Çin Xalq Respublikasının sədri çərşənbə axşamı dövlət səfəri, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak etmək üçün Astanaya gəlib.

Bundan əvvəl ŞƏT İşgüzar Şurasının Qazaxıstan milli hissəsinin rəhbəri Raimbek Batalov bildirmişdi ki, Çin liderinin Qazaxıstana səfəri tarixi ola bilər. Batalovun sözlərinə görə, ölkələr ticarət dövriyyəsini keçən ilki 41 milyard dollardan 100 milyard dollara çatdıra bilər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
iqtisadiyyat.az

2Mənbələr