AZ

“Putin Kubadakı nüvə sualtı qayığı ilə Qərbə siqnal göndərir”

“Rusiya prezidenti Vladimir Putin Kubaya nəhəng nüvə sualtı qayığı göndərməklə Qərb ölkələrinə siqnal göndərir”.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Express” qəzeti yazır.

Nəşr hesab edir ki, Rusiyanın bu yaxınlarda Kubada nüvə sualtı qayığı yerləşdirməsi Qərbə xəbərdarlıqdır.

Qəzet onu da əlavə edib ki, Rusiyanın “Kazan” nüvə sualtı qayığı və “Admiral Qorşkov” freqatı Arktikadakı bazalarını tərk etdikdən sonra Vaşinqton və onun müttəfiqləri onların hər bir addımını izləyib. Gəmilər iyunun 12-də dəqiq silahlardan istifadə üzrə təlimləri başa vurduqdan sonra Kubaya gəliblər.

Bundan əvvəl Kuba Prezidenti Migel Diaz-Kanel Bermudes Rusiya gəmilərinin səfərinin ikitərəfli əlaqələr üçün əhəmiyyətini xüsusi qeyd edib.

“Daily Express” isə Rusiya hərbi-dəniz gücünün artıtılmasını təhlükəli hesab edir.

Burhan,

KONKRET.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
konkret.az

1Mənbələr