AZ

KİV: Tramp NATO-nun şərqə doğru genişlənməsindən imtina edə bilər

ABŞ prezidentliyinə namizədliyini irəli sürən respublikaçı Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə NATO-nun şərqə doğru genişlənməkdən imtina edəcəyini vəd etmək, həmçinin Şimali Atlantika Alyansının bəzi ölkələrini Vaşinqtonun təhlükəsizlik zəmanətlərindən məhrum etmək imkanını nəzərdən keçirir.

"Operativ Media" xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti yazır.

Nəşrin qeyd edir ki, Respublikaçılar çevrəsinin əhval-ruhiyyəsi ilə tanış olan iki təhlükəsizlik ekspertinin fikrincə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə hansı ölkələrin, xüsusən də Ukrayna və Gürcüstanın NATO-ya üzv ola biləcəyi ilə bağlı razılıq əldə etmək imkanını nəzərdən keçirir. Nəşr əlavə edir ki, bu, gələcəkdə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qeyri-müəyyən vəddən imtina demək ola bilər. 

Məqalədə izah edilir ki, Tramp NATO-nun şərqə doğru genişlənməməyə, konkret olaraq Ukrayna və Gürcüstanı qəbul etməməyə razı olacağı bir razılaşma əldə etmək imkanını nəzərdən keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
operativmedia.az

3Mənbələr