AZ

MSK sədri: “Seçkiləri müşahidə etmək üçün 30-a yaxın beynəlxalq təşkilata dəvət göndəriləcək”

Yayımlandı: 2 İyul 2024 18:52 Məzahir Pənahov dəvət göndəriləcək təşkilatların adlarını açıqlamayıb Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqinin aparılması üçün 30-a yaxın beynəlxalq təşkilata dəvət göndəriləcək. Bu barədə “Turan” agentliyi məlumat yayıb. Bildirilir ki, MSK sədri konkret olaraq hansı təşkilatlara dəvət göndəriləcəyini açıqlamayıb. İclas zamanı Pənahov xəbərdarlıq edib ki, seçkilər zamanı müşahidəçilərə maneələr olmamalıdır. Bugünkü iclasda Respublikaçı Alternativ, Ağ və Vətəndaş Həmrəyliyi partiyalarının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb. Eyni zamanda, MSK sədri seçici siyahılarının dəqiqləşməsi ilə bağlı tapşırıq verib. O deyib ki, proses səsverməyə 25 gün qalmış bitməlidir: “Kiminsə adı obyektiv və ya subyektiv səbəbdən siyahıya düşməyibsə, bütün məntəqələrə müvafiq tapşırıq verilməli, əlavə siyahıya daxil edilməlidirlər”. O bildirib ki, kiminsə müraciət etməsi, amma səsverməyə imkan yaradılmaması faktı hələ olmayıb. Pənahov Naxçıvan Muxtar Respublikasındakı seçki məntəqələrində avadanlıqlarla bağlı qıtlığın olduğunu deyib: “Oradakı seçki məntəqələri lazımi avadanlıqlarla təmin ediləcək”. 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərində Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin dəvət edilməməsi Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin bu təşkilatda səlahiyyətlərinin dayandırılmasına səbəb olub. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
xural.com

2Mənbələr