AZ

Ağdamda Polis Gününə həsr olunmuş tədbir keçirildi

Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzində 2 İyul-Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon Polis Şöbəsinin əməkdaşları və veteranlar iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanını, daha sonar isə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək 2 iyul 1918-ci il tarixdə müstəqil Azərbaycan polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktının imzalanmasından, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarında intensiv surətdə həyata keçirilən tədbirlərdən, Heydər Əliyev ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrin öhdəsindən bacarıqla gəlməsindən, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğrultmalarından bəhs ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilib.









Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
qafqazinfo.az

10Mənbələr