AZ

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

Portuqaliya millisinin lideri Kriştianu Ronaldu qolla nəticələnməyən zərbələrin sayına görə hazırkı Avropa Çempionatının lideridir.

Fanat.Az xəbər verir ki, bu barədə "Squawka" statistika portalı məlumat yayıb.

Hesablamaya görə, Kriştianu rəqib qapılarına 20 nəticəsiz zərbə endirib. Beləliklə, portuqaliyalı forvard bir tsikldə qolsuz zərbələrin sayına görə Avropa Çempionatları tarixində ən pis beş futbolçudan biri olub.

Siyahı belədir: 

Deku - 24 qolsuz zərbə (AÇ-2004);
Fernando Yerro - 23 (AÇ-1996);
Kevin De Bröyne - 21 (AÇ-2016);
Dani Olmo - 21 (AÇ-2020);
Kriştianu Ronaldu - 20 (AÇ2024).

Mirağa

Seçilən
60
fanat.az

1Mənbələr