AZ

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə nə qazandıracaq? - RƏY

Bakı. Trend:

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi,təkcə ölkəmiz üçün deyil, iqlim dəyişikliklərindən əziyyət çəkənbütün bölgələr, o cümlədən Cənubi Qafqaz üçün də mühüm tarixiəhəmiyyətə malikdir.

Bunu Trend-əaçıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, iqlim dəyişiklikləri həyatın bütün sahələrinətəsir göstərir, birbaşa və ya dolayısıyla fundamental insanhüquqlarının, o cümlədən yaşamaq, mənzil, su, qida, sağlamlıq,inkişaf, gender bərabərliyi, yüksək həyat standarları və digərhüquqların lazımi səviyyədə həyata keçirilməsinə mane olur.

"Bu baxımdan, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın iqlimdəyişiklikləri ilə mübarizədə ardıcıl və qətiyyətli mövqeyini,həmçinin, yaşıl enerjiyə keçirdlə bağlı göstərilən səyləri ifadəetməklə yanaşı, həm də həyatın bütün sahələrində yüksəkstandartların təşviq və tətbiq edilməsinə öz töhfəsini verəcək.

Məlum olduğu kimi, müasir dünyada bir-biri ilə zəncirvariəlaqədə olmayan, bir-birini tamamlamayan və həmçinin, qarşılıqlıəlaqədə olmayan heç bir istiqamət yoxdur. Əgər iqlim dəyişiklikləriiqtisadiyyatdan, maliyyə sabitliyindən başlamış fundamental insanhüquqlarının kompleks şəkildə qorunmasına öz təsirini göstərirsə, ozaman bütün bu proseslərinin ana xəttini təşkil edən siyasiaspektləri də əhatə edir. Məhz bu baxımdan, COP29-un ölkəmizdəkeçirilməsinin və Azərbaycanın bütün bəşəriyyət həyati önəm kəsbedən mövzuların müzakirə edildiyi bir platformaya çevrilməsinin həmdə böyük siyasi əhəmiyyəti var.

Şübhəsiz ki, dünyanın əksər ölkələrindən dövlət və hökumətbaşçılarının, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların vəmüxtəlif ölkələrin yüksək vəzifəli rəsmilərin, mütəxəssislərin,nüfuzlu media resurslarının nümayəndələrinin və digər şəxslərinqatılacağı bu konfrans Azərbaycanın daha yaxından tanınmasına rəvacverəcək və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsinəzəmin yaradacaq. Digər tərəfdən, sözügedən konfrans ölkəmizin yaşılenerji iqtisadiyyatına keçirdinin sürətləndirilməsinə kömək edəcəkvə qonşu ölkələrə də öz təsirini göstərəcək.

COP29 Azərbaycanın humanitar problemlərin, mədəniyyətlərarasıdialoq və digər bu kimi önəmli məsələlərin müzakirə olunduğu vahidməkan statusunu daha da möhkəmləndirəcək və bununla da ölkəmizinqlobal məsuliyyətini yüksək səviyyədə dərk edən, humanizmprinsiplərinin təşviqini həyata keçirən dir dövlət olaraq,fəaliyyət dairəsi daha da böyüyəcək. Bu da öz növbəsində çoxsaylıölkələrlə yeni əməkdaşlıq perspektivlərinə yol açacaq, iqtisadi,siyasi və mədəni əlaqələrimizi daha da genişləndirəcək.

COP29 istər Azərbaycan, istərsə də Azərbaycanı daha yaxındantanımaq istəyənlər üçün böyük bir fürsətdir", - siyasi şərhçi əlavəedib.

Siyasi təhlilçi Aqşin Kərimovun sözlərinə görəisə, Azərbaycan çalışır ki, COP29 çərçivəsindəki iqlimdəyişikliyinə qarşı mübarizə geosiyasi münaqişələrin aradanqaldırılması üçün birləşdirici platforma rolunu oynasın. Buna görədə fikir irəli sürə bilərik ki, Azərbaycan COP29-un geosiyasiəhəmiyyətlərini universal perspektiv kimi hədəfləyir.

"Azərbaycan COP29-la beynəlxalq miqyasda iqlim təhlükəsizliyiistiqamətində öhdəliklərini vurğulayan istiqamətlər qazanır.Əvvəllər geosiyasət əsasən təhlükəsizlik və iqtisadinarahatlıqlarla ifadə olunurdu. Bu gün isə iqlim dəyişikliyimövzusu sürətlə kritik geosiyasi məsələyə çevrilir. Azərbaycan ikiprioritetlə həmin istiqamətə keçid edərək söz sahibliyinəyiyələnmək istəyir. Birincisi, Azərbaycan yaşıl enerjiyə keçid edirvə yaşıl enerji resurslarının ixracı potensialı ilə diqqət çəkir.İkincisi, Azərbaycan xarici siyasətdəki prioritetlərinə iqlimdəyişikliyi ilə mübarizə çalarları qataraq regional və beynəlxalqgeosiyasi faydalar qazanır”, - deyə A.Kərimov əlavə edib.

Təhlilçinin fikrincə, COP29 çərçivəsində Azərbaycana beynəlxalqsəviyyədə verilən dəstəklər rəsmi Bakının strateji prioritetləriüçün faydalıdır.

“Regional sülh və təhlükəsizlik mövzuları, Ermənistanla sülhmüqaviləsinin imzalanması Azərbaycanın gündəliyinə daxildir.Azərbaycanın strateji prioritetlərindən danışarkən deyə bilərik ki,o, COP29-u Ermənistanla sülhə aparan alternativ bir variant kimidiqqətdə saxlayır. Əgər COP29 miqyasında Azərbaycana əhəmiyyətlidəstəklər varsa, bu, avtomatik olaraq Bakının İrəvan qarşısındasürdüyü şərtlər əsasındakı sülh gündəliyinə də həlledici tərəfdartoplayır”,- deyə A.Kərimov bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir vəsədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.

Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıdakeçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbirinkeçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
3
az.trend.az

4Mənbələr