“Bavariya” Yosip Stanişiçlə müqaviləni yeniləyib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədərdi. Onun əvvəlki müqaviləsinin müddəti isə 2026-ci ilin yayınadək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü olan Yosip ötən mövsüm icarə əsasında “Bayer-04”də çıxış edib. Leverkuzen klubu ilə bundesliqanın qalibi olan futbolçu bütün turnirlərdə 40 oyuna 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta