AZ

Putin Prezident İlham Əliyevlə ŞƏT-in Astana sammitində görüşəcək

Rusiya Prezidenti Vladimir Putin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin sammit çərçivəsində Türkiyə, Monqolustan, Çin, Pakistan, Qazaxıstan lideri ilə də görüşləri nəzərdə tutulub.

Uşakov əlavə edib ki, Vladimir Putin İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber ilə də danışıqlar aparacaq.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 3-4 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
16
apa.az

10Mənbələr