AZ

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Yevlax, 2 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərlərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq, ona bəslənən inam və etimadı doğruldur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yevlaxda polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon Polis Şöbəsində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra daxili işlər naziri Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxunub.

Tədbirdə çıxış edənlər polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıblar.

Sonda 2 İyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə xidmətdə fərqlənən bir qrup polis işçisinə fəxri fərmani və xatirə hədiyyələri təqdim olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
azertag.az

2Mənbələr