AZ

Hindistanda baş verən izdiham nəticəsində ölənlərin sayı 107-yə çatıb- ÖZƏL

Hindistanda dini tədbirdə baş verən izdiham nəticəsində ölənlərin sayı 107-yə çatıb. 

Olaylar.az xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

Ölənlərin əksəriyyətinin qadın olduğunu vurğuladılar. Hadisə yerində həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

İlkin məlumatlara görə, balaca otağa çoxlu adam toplaşıb, hava boğulub və insanlar tələsik çadırı tərk etməyə başlayıblar. Sonra izdiham başladı.

Xatırladaq ki, hadisə Uttar Pradeş ştatının Hathras rayonundakı kənddə baş verib. İzdiham iştirakçılar dini lider Bhole Baba ilə birlikdə tədbiri tərk etməyə tələsdikləri zaman baş verib. Bundan əvvəl 27 nəfərin öldüyü bildirilirdi.

Bundan əvvəl Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı mindən çox zəvvar dünyasını dəyişib. Ümumilikdə Həcc ziyarətində 1,8 milyon insan iştirak edib ki, onların da əksəriyyəti qocalar və xəstələr olub. Ölənlər arasında 600-dən çox Misir və 68 Hindistan vətəndaşı var. Bundan başqa, Tunis, İordaniya, Seneqal, İran, İndoneziya və İraq Kürdüstanının muxtar bölgəsinin vətəndaşları da istidən ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
olaylar.az

1Mənbələr