AZ

"Çelsi"dən ayrılır

Hücumçu Armando Broya yay transfer pəncərəsində "Çelsi"ni tərk edə bilər.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu başqa ölkələrdə və klublarda seçimlərinin olduğunu bildirib.

“Düzdür, A Seriyasından, Bundesliqadan və Premyer Liqadan təkliflərim var. "Çelsi"də qalmaq? Bu da bir seçimdir, mənim hələ də etibarlı müqaviləm var”, - Broya RTV Klan-a bildirib.

Armando Broyanın "Çelsi" ilə 2028-ci ilin ortalarına qədər müqaviləsi var. 2023/2024 mövsümünün ikinci hissəsində albaniyalı futbolçu müvəqqəti olaraq "Fulhem"də çıxış edib. Əlavə edək ki, nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Armando Broyanı 22 milyon avro qiymətləndirirlər.

Seçilən
65
90deqiqe.az

1Mənbələr