AZ

“Tələbələrin Gürcüstan üzərindən ölkəyə girişinə şərait yaradılsın”

"Türkiyədə təhsil alan tələbələrimiz biletlərin baha olması səbəbi ilə Azərbaycana gəlməkdə çətinlik çəkirlər. Qismən ucuz olması səbəbi ilə İğdırdan Naxçıvana keçib Bakıya uçmaq istəyən tələbələr isə bilet tapmaqda ümumiyyətlə çətinlik çəkirlər". 

Yenisabah.az xəbər verir ki, bu sözləri "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Tural Əfəndi deyib. QHT rəhbəri aidiyyəti qurumlara müraciət edib: "Hazırda Türkiyədə 30 000-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını nəzərə alaraq tələbələrin Gürcüstan üzərindən ölkəyə girişinə şərait yaradılmasına köməklik göstərmələrini xahiş edirik". 

Qeyd edək ki, hazırda 300-dən çox tələbə Bakıya gəlmək üçün Naxçıvan Hava Limanında gözləyir. 

Tələbələrin verdiyi məlumata görə, Türkiyə sərhəddini 3 gün əvvəl keçsələr də, bilet ala bilmədikləri üçün Naxçıvan aeroportunda qalıblar. Maddi sıxıntısı olan bəzi tələbələrin aeroportda və parklarda gecələdiyi bildirilir. 

Aytac ŞAHİN 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
yenisabah.az

2Mənbələr