Türkiyənin Energetika Nazirliyinin Nüvə Enerjisi və Beynəlxalq Layihələr üzrə baş direktoru Yusuf Ceylan Türkiyə və ABŞ-ın yeni atom elektrik stansiyası üçün danışıqlar apardığını bildirib.

İndex.az xəbər verir ki, Ceylanın sözlərinə görə, Türkiyənin qurmağı düşündüyü nüvə enerji obyektlərinə ABŞ da maraq göstərir və tərəflər arasında danışıqlar aparılır.

Ceylan qeyd edib ki, mövcud elektrik stansiyaları və ya yeni stansiya sahələri nəzərdən keçirilə bilər:

“ABŞ ilə danışıqlar aparırıq. Həm iri miqyaslı elektrik stansiyaları, həm də kiçik modul reaktorların qurulması planlaşdırılır.